İranın HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrailə cavab zərbəsi endirəcəyi gözlənilirdi. Bununla bağlı İranda İsrail xüsusi xitməti ilə əməkdaşlığa görə 20-dən çox yüksək rütbəli şəxs həbs edilib. Lakin hələ də ciddi bir addım atılmayıb. Məlumata görə, Birləşmiş Ştatlar Avropa və digər ölkələrin hökumətlərindən İrana eskalasiyanın qəbuledilməz olduğuna dair siqnal və istənilən ciddi zərbənin cavab tədbirləri ilə nəticələnəcəyinə dair xəbərdarlıq çatdırmağı xahiş edib. Bundan əlavə, Vaşinqton işarə edib ki, İran təmkinli olarsa, İranın yeni prezidentinin Qərblə əlaqələri yaxşılaşdırmaq səylərinin daha yaxşı şansı olacaq.
Bəs, İran irəliləyən günlərdə İsrailə qarşı hansısa addım atmağı planlaşdırır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri,siyasi ekspert Samir Hümbətovbildirib ki, İran-İsrail müharibəsinin olacağı ilə bağlı bir sıra ekspertlərdən, beyin mərkələrindən açıqlamalar gəlsə də tərəflər qarşılıqlı şəkildə bir-birini ittiham edib güc göstərisi nümayiş etdirsələr də mən böyük bir qarşıdurmanın olacağını düşünmürəm.
Samir Hümbətov qeyd edib ki, bu məsələdə tərəflər maksimum dərəcədə ehtiyatlı olmağa çalışırlar:
“İran-İsrail müharibəsi baş versə, burda təkcə iki dövlət savaşmayacaq. Bu artıq NATO, Penqaton, SENTO və digər böyük təşkilatların, eyni zamanda, Rusiya və Çinin işə qarışması ilə böyük üçüncü dünya müharibəsinin real olaraq daha geniş miqyasda baş verməsi deməkdir. Bu müharibə proksi qüvvələr vasitəsilə gedə bilər. Amma böyük bir miqyasda həyata keçirərlərsə, artıq qarşısı alınmaz bir fəlakətə gətirib çıxara bilər. Düşünürəm ki, Hizbullah, HƏMAS və digər qruplaşmalar üzərindən İran İsraili atəşə tuta bilər. Özü də bəzi obyektlərini vura bilər. Eyni prosesi İsrail də həyata keçirə bilər. Qarşılıqlı şəkildə bir-birinə zərbə endirsələr də, ümumi götürəndə bunun böyük miqyaslı bir müharibəyə çevrilməsi anlamına gəlmir. Əgər qarşıdurma genişlənsə, bu, qarşısı alınmaz formaya keçə bilər. Çünki bu, artıq çox ciddi fəlakətlərə gətirib çıxaracaq dağıntılara səbəb ola bilər. Çünki İsrailin əlində vüvə silahı var. İran da son vaxtlar nüvə silahı olduğunu etiraf edib. Çin, Rusiya, ABŞ nüvə dövlətləridir. NATO-nun içərisində nüvə dövlətləri çoxdur. Bir sözlə, böyük və katastrofik bir vəziyyət yarana bilər”.
Əfsanə Rəcəb Demokrat.az


