Sosial

Ceyranbatanda boru partladı, ətrafı su basdı

Ceyranbatanda boru partladı, ətrafı su basdı

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində su borusu partlayıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə qəsəbənin mərkəzi küçəsində qeydə alınıb.

Belə ki, yaşayış binasının girişində su borusunun partlaması nəticəsində ətrafı, hətta Bakı-Quba yolunu belə su basıb.

D
demokrat.az