Sosial

Bu gün 37 dərəcə isti olacaq

Bu gün 37 dərəcə isti olacaq

Bu gün paytaxt zonasında hava şəraiti dəyişkən buludlu, əksər rayonlarda əsasən yağmursuz keçəcək.

Demokrat.az xəbər verir ki, Bakıda və Abşeronda gecə 21-26° isti, gündüz 32-37° isti təşkil edəcək.

Respublikanın dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Rayonlarda gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti proqnozlaşdırılır.

Gecə və səhər arabir duman müşahidə ediləcək.

D
demokrat.az