Dünya Özəl

ABŞ Gizli Xidməti Trampa sui-qəsd cəhdinə görə məsuliyyəti öz üzərinə götürdü

ABŞ Gizli Xidməti Trampa sui-qəsd cəhdinə görə məsuliyyəti öz üzərinə götürdü

ABŞ Məxfi Xidmətinin direktor müavini Ronald Rou iyulun 13-də Pensilvaniya ştatının Butler bölgəsində keçirilən mitinqdə kürsüdən tərəfdarları qarşısında çıxış edərkən keçmiş ABŞ prezidenti Donald Trampın məruz qaldığı silahlı hücumla bağlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, Ronald Rou Trampa qarşı sui-qəsdin “uğursuzluğunu” etiraf edib və agentliyin məsələyə görə "tam məsuliyyəti" üzərinə götürdüyünü söyləyib.

"Bu, missiyanın uğursuzluğu idi. Təşkilatımızın yeganə məsuliyyəti qorumağa borclu olduğumuz şəxslərin təhlükə altında qalmamasını təmin etməkdir" deyib.

Gizli Xidmətin son nəticədə təhlükəsizlik zəifliklərindən məsul olduğunu ifadə edən Rou, Trampa hücumda təhlükəsizlik zəifliklərinə görə yerli polis qüvvələrinin məsuliyyət daşımaması lazım olduğunu da ifadə edib.

Direktor müavini sözünə belə davam etdi:

“Butlerdə bunu edə bilmədik və mən uğursuzluğun bir daha təkrarlanmaması üçün çalışıram.Məxfi Xidmətin bütün resurslarının bizim himayəsində olanları müdafiə etmək üçün istifadə olunmasını təmin etməyə yönəlmişəm və bunun baş verməsini təmin etmək üçün dəyişiklikləri həyata keçirmişəm və həyata keçirməyə davam edəcəyəm."

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova