Dünya

Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu

Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu

Bu gün səhər saatlarında Ermənistan-Gürcüstan sərhədində 3 bal gücündə zəlzələ baş verib.

Demokrat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zəlzələnin episentri Ermənistanın Bavra kəndindən 16 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların gücü 4 bal olub.

Zəlzələ Şirak rayonunun Bavra, Saraqyux, Qazançı, Aşotsk və Musayelyan kəndlərində hiss olunub.

NE
Nihadə Eyyubova