Maraqlı

Həftəsonu bu bürclər üçün "qara buludlar" gəlir

Həftəsonu bu bürclər üçün qara buludlar gəlir

Həftəsonu bəzi bürclər üçün uğursuz hadisələrlə yadda qala bilər.

Demokrat.azmetbuat.az-a istinadən bildirir ki, astroloqlar Balıqlar, Dolça və Əqrəb bürclərinin bu həftəsonu şanssızlıqla üzləşəcəklərini düşünürlər.

Balıqlar- vacib qərarlar vermək üçün bu həftəsonunu gözləyirdinizsə, bir qədər də gözləmək lazım gələcək. İstirahətinizə vaxt ayırmaq və problemlərdən qısa müddət də olsa uzaq durmaq faydalı olacaq.

Dolça- həftəsonu şəxsi münasibətlərdə olan problemlər bir qədər də dərinləşə bilər. Ətrafınızdakı insanlara diqqət göstərməyə, səmimi olmağa çalışın. Eyni zamanda maliyyə problemləri ilə üzləşə bilərsiniz.

Əqrəb- bu bürc altında doğulan insanlar həftəsonunda iş həyatı və bizneslə bağlı pis xəbərlər ala bilərlər. Ailə və dostlarla münasibətlərdə də anlaşılmazlıqlar yaşana bilər. Riskli qərarlar vermək lazım gələcək.

NE
Nihadə Eyyubova