Dünya

Qanunsuz şəkildə Türkiyədən Yunanıstana keçmək istəyən 490 nəfər saxlanıldı

Qanunsuz şəkildə Türkiyədən Yunanıstana keçmək istəyən 490 nəfər saxlanıldı

Egey dənizinin Türkiyəyə aid hissəsində aparılan əməliyyatlar nəticəsində ölkəni qanunsuz yollarla tərk etmək istəyən 490 nəfər saxlanılıb.

Əməliyyatlar Türkiyənin İzmir, Çanaqqala, Aydın və Muğla şəhərlərində aparılıb.

Saxlanılanların rezin qayıqlar vasitəsilə Yunanıstana keçmək istədikləri məlum olub. Onların arasında qadınlar və uşaqlar da var.

Saxlanılan şəxslər aidiyyəti qurumlara təhvil veriliblər. (APA)

D
demokrat.az