Dünya Özəl

Ukraynadan F-16 AÇIQLAMASI

Ukraynadan F-16 AÇIQLAMASI

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak F-16 təyyarələrinin qəbul edilib-edilməməsi ilə bağlı hər hansı şərh verməyəcəklərini bildirib.

Demokrat.az xəbər verir ki, Podolyak yerli televiziyaya verdiyi açıqlamada Ukraynanın F-16 təyyarələri alması ilə bağlı mətbuatda çıxan xəbərləri dəyərləndirib.

Podolyak, “Bu mövzuda heç bir şərh verməyəcəyimiz aydındır, çünki bu bizim üçün həyatda qalma faktorudur”deyib.

Podolyak bundan başqa, Ukraynanın Qərb tərəfdaşlarından heç birinin bu məsələ ilə bağlı rəsmi açıqlama vermədiyini vurğulayıb.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis dünən X sosial media hesabında etdiyi paylaşımda “F-16-lar Ukraynadadır. Başqa bir qeyri-mümkün şey tamamilə mümkün oldu" deyə bildirib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova