Gündəm

Türkiyə səfirliyinin əməkdaşından duyğusal paylaşım — FOTOLAR

Türkiyə səfirliyinin əməkdaşından duyğusal paylaşım — FOTOLAR

Bu günlərdə Azərbaycanda fəaliyyətə başlamasının 100 günü tamam olan Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir sosial şəbəkədəki şəxsi hesabında çox önəmli və duyğusal paylaşımı ilə diqqət çəkib.

Demokrat.azbildirir ki, qardaş ölkənin diplomatı Sumqayıtda olarkən Azərbaycanın Milli Qəhrəmanı, general şəhid Polad Həşimovun anasını mənzilində ziyarət edib. Generalın ev muzeyində şəkillər çəkdirən Cihangir bəy şəhid anasının əlini öpərkən fotokameraların yaddaşına tuş gəlib.

“Milli Qəhrəman, şəhid General Polad Həşimovun anası Səmayə xanımı mediadan və vətəndaş cəmiyyətindən olan dostlarımızla ziyarət edib xeyir-dualarını aldıq. Şəhidlərimizin əziz xatirəsini, yadigarlarını qoruyacağıq”, Cihangir İşbilir yazıb.

Qardaş ölkənin mətbuat müşavirinin paylaşımı sosial mediada böyük rəğbətlə qarılanıb, təqdir olunub. Sosial media istifadəçiləri Türkyə və Azərbaycan şəhidlərinə rəhmət diləyiblər.

Türkiyə səfirliyinin əməkdaşından duyğusal paylaşım — FOTOLAR
Türkiyə səfirliyinin əməkdaşından duyğusal paylaşım — FOTOLAR
Türkiyə səfirliyinin əməkdaşından duyğusal paylaşım — FOTOLAR
Türkiyə səfirliyinin əməkdaşından duyğusal paylaşım — FOTOLAR

NE
Nihadə Eyyubova