Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri48təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə3 milyon 102 minmanat artıq və əsassız ödənişlər aşkar edib.
Demokrat.azbu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yanvar-iyun aylarında Dövlət Xidmətinin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluqdan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil edib. Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən23 təşkilatdayoxlamalar aparılmış, bu yoxlamalarla1 milyon 990,8 min manatməbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
İş planına əsasən isə, Dövlət Xidməti21 təşkilatdaapardığı yoxlamalarla1 milyon 106,8 min manatməbləğində artıq və əsassız ödənişlər aşkar edib və bu məbləği təqsirkar şəxslərin tərəfindən bərpa etməsi təmin olunub. Bundan başqa, Dövlət Xidməti vətəndaş müraciətlərinə əsasən4 təşkilatdagöstərilənləri yoxlayıb, cəmi4,4 min manatməbləğində artıq və əsassız ödənişlərə yol verildiyini aşkar edib və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.


