Dünya Özəl

Bu ölkədə qasırğa 30 nəfərin həyatına son qoydu

Bu ölkədə qasırğa 30 nəfərin həyatına son qoydu

Çinin mərkəzi Hunan əyalətində Qaemi qasırğası 30 nəfərin ölümünə səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 35 nəfər itkin düşüb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri aktiv şəkildə davam etdirilir.

Qeyd edəkmki, nəqliyyatın hərəkəti, elektrik enerjisi təchizatı və yerli telekommunikasiya şəbəkəsinin işi bərpa olunub.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova