Dünya Özəl

“Atamın qanı Qəzzadakı uşaqların qanından qiymətli deyil” — Haniyənin oğlu

“Atamın qanı Qəzzadakı uşaqların qanından qiymətli deyil” — Haniyənin oğlu

İranın paytaxtı Tehranda İsrail ordusunun endirdiyi hava zərbəsi nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin böyük oğlu Əbdüsselam Haniyə atasının ölümü ilə bağlı danışıb.

Demokrat.az xəbər verir ki, Əbdüsselam Haniyə sosial şəbəkədə yayımlanan videoda “Atamın qanı Qəzzada uşaqların və ya insanların qanından dəyərli olmadığı kimi, bizim göz yaşlarımız da şəhid ailələrinin göz yaşlarından dəyərli deyil” deyib.

O, açıqlamasında, “Onun (Haniyə) mirası hər zaman arzuladığı milli birlik, Qəzzaya hücumlara son qoymaq və xalqımız üçün qələbə qazanmaqdı. Onun qanı nə xalqımızın qanından, nə də bir ananın şəhid oğlu üçün tökdüyü göz yaşlarından qiymətlidir. Atam uşaqlıqdan bəri müqavimət, inqilab, mübarizə yolunu getdiyi üçün gecə-gündüz şəhidlik dalınca gedirdi. Haniyənin oğulları və nəvələri oktyabrın 7-də İsrailin burnunu torpağa sürtdü və Haniyə xalqı tarixin ən böyük qırğınında dimdik ayaqda qaldı” ifadələrindən istifadə edib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova