Sosial media

TikTok-un baş ofisində kütləvi zəhərlənmə

TikTok-un baş ofisində kütləvi zəhərlənmə

TikTok-un Sinqapurdakı baş ofisində kütləvi zəhərlənmə olub.

Demokrat.az xəbər verir ki, "Mash" "Telegram" kanalının yazdığına görə, 60 nəfər zərər çəkib, onlardan 57-si xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlərin hamısında eyni simptomlar müşahidə olunub: qarın ağrısı, qusma, 38+ temperatur, soyuq tər, solğunluq.

Onların hər birinə qastroenterit diaqnozu qoyulub.

Zərərçəkən əməkdaşlar ofisin yeməkxanasında zəhərləniblər, hazırda orada mütəxəssislər tərəfindən yoxlama aparılır.

NE
Nihadə Eyyubova