Gündəm Özəl

Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisasların balları artacaq

Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisasların balları artacaq

Xəbər verdiyimiz kimi, avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq və proses avqustun 19-na kimi davam edəcək. Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında builki keçid ballarında dəyişiklik olacağını deyib.

Bəs, bu il imtahan verənlərin nəticələrini nəzərə alaraq sözügedən dəyişiklik keçid ballarının yüksəlməsinə, ya enməsinə səbəb olacaq?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlubildirib ki, bu ilin nəticələri yüksəkdir.

Rizvan Fikrətoğlunun sözlərinə görə, bütün ixtisaslarda yox, müəyyən ixtisaslara balların artırılmasının şahidi olacağıq:

Abituriyentlərin NƏZƏRİNƏ: Bu ixtisasların balları artacaq

“Bu il ixtisaslarda bal dəyişimi nəzərdə tutulur. Məsələyə 2 yanaşma sərgiləmək olar. Birinci yanaşma ondan ibarətdir ki, bu il 3 yeni universitet fəalliyyət göstərəcək. Bunlar İtaliya-Azərbaycan Universiteti, Türkiyə-Azərbaycan Universiteti və Qarabağ Universitetidir. Bu yeni universitetlərdən ən çox tələbə kontingenti Qarabağ Universitinin olacaq. Çünki 1120 tələbə nəzərdə tutulur. Türkiyə-Azərbaycan Universitetində 90, İtaliya-Azərbaycan Universitetində isə 60 tələbə olacaq. Türkiyə-Azərbaycan Universiteti ilə Qarabağ Universiteti ödənişsiz, İtaliya-Azərbaycan Universitetində isə ödənişlər 6000 manat civarında təşkil ediləcək.

Bu il buraxılış imtahanında 53 nəfər maksimum bal ilə nəticə göstərə bildi. Təbii ki, buraxılış imtahanlarının asan keçirilməsini birmənalı qarşılaya bilərik. Niyə birmənalı qarşılayırıq? Ona görə ki, buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq şagirdlərin attestat qiyməti yazılır. Peşə məktəblərinə qəbul, xüsusən də yüksək texniki peşə məktəbinə qəbul həmin attestat qiymətinin əsasında aparılır. Həmçinin, texnikumlara qəbul həmin o 3 fənn əsasında aparılır. Buna görə də biz texnikumları universitet ilə müqayisədə böyük bir prestij hesab etmədiyimiz üçün buraxılış imtahanında nəticələrin yüksək olmasını birmənalı qarşılamaq olar. Amma burda bir məsələ var ki, buraxılış imtahanlarının yüksək olması birbaşa ali məktəbə təsir edir. Ali məktəbdə balların daha yüksək səviyyədə olmasını, sualların çətin olmasını, tələbələrə fərqli istiqamətdə suallar verilməsini normal qarşılamalıyıq.

Buraxılış imtahanlarının asan keçməyi, həmçinin, burda blok imtahanları bu balı tənzimləyir. Buna baxmayaraq yenə də bu ilin nəticələri yüksəkdir. Bu il plan yeri artırılsa da nəticələr yüksəkdir. Məsələn, hüququn balında, Tibb Universitetinin ixtisaslarının balında artım olacaq. Beşinci ixtisas qrupunda biz görəcəyik ki, idman dizayn istiqamətli ixtisasların balında artım olacaq. Birinci ixtisas qrupunun alt qrupunda balların artımının şahidi olacağıq”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova