"Bu gün Yaxın Şərqdə gedən müharibə fonunda Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşib"
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
“Müəyyən mənada dövlətlər daha da dərinə getmirdilər, gərginliyin daha da alovlanmasına rəvac vermirdilər. İstənilən halda bu gün görürük ki, artıq münasibətlər kifayət qədər gərginlik mərhələsini yaşayır və İsrailin xarici işlər nazirinin Türkiyənin NATO dan çıxarılmasına dair tələbi müraciəti, diplomatlara tapşırıqları, həm də xarici işlər nazirlikləri arasında olan sərt bəyanatlar, şübhəsiz ki, münasibətlərdə soyuqluğu nümayiş etdirir. Eyni zamanda, Türkiyənin İsrailə müdaxilə etməsinə dair də bu cür fikirlər əlbəttə ki, Ankara və Təl-Əviv arasında olan çox kəskin və ziddiyyəti özündə əks etdirir. Türkiyə NATO üzvü olaraq Yaxın Şərqdə və ümumiyyətlə böyük bir coğrafiyada təhlükəsizliyin qorunmasına mühüm töhfələr verir. Türkiyə Cənubi Qafqaz da daxil olmaqla, Suriya, Liviya, İraq və digər ərazilərdə öz maraqlarını təmin edib və İsrailin bu gün həyata keçirdiyi əməliyyat ərəb və müsəlman dünyasında çox neqativ fikirlərlə qarşılanır. Türkiyənin bu gün hazırda öz xarici siyasət strategiyasında Türk-İslam birliyinin qorunması, onların təhlükəsizliyinin həyata keçirilməsi əsas prioritet hesab olunur. Amma bu yanaşmalar və təhdid dolu çıxışlar Türkiyə- İsrail münasibətlərində daha da gərgin bir mərhələni formalaşdıra bilər”.
Mehriban Mirzəzadə Demokrat.az


