Gündəm Özəl

“Türkiyə ilə İsrail arasında hərbi əməliyyat qaçılmazdır”

“Türkiyə ilə İsrail arasında hərbi əməliyyat qaçılmazdır”

"Yaxın zamanlarda Türkiyə ilə İsrail arasında hansısa bir qarşıdurma və yaxud konfrantasiya durumu gözlənilmir.Ümumilikdə, bu gün HƏMASA ,Fələstinə yanaşma məsələlərində Türkiyənin müəyyən qədər İsraillə fikir ayrılıqları mövcuddur. Amma bunlar istənilən halda Türkiyə İsrail münasibətlərində hansısa bir aktiv hərbi əməliyyatlar durumunu istisna edir. Amma əlbəttə ki, özəlliklə Mavi Vətən gəmisi ilə bağlı prosesdən sonra Türkiyə ilə İsrailin ulduzları barışmır"

Bu fikirləri Demokrat.az-a açıqlamasında Tural İsmayılov deyib. O qeyd edib ki, Türkiyə ilə İsrail arasındakı münasibətlərin yaxşılaşması ilə bağlı müəyyən bir dövrdə pozitiv işlər görülmüşdü:

"Amma ondan sonrakı dövrdə artıq bu işlərə çox böyük zərbə vuruldu. Özəlliklə müəyyən beynəlxalq münasibətlər sistemində anlaşılmazlıqlar, digər bir çox məsələlər Türkiyə ilə İsrail arasındakı çatları daha da dərinləşdirdi. Amma istənilən halda bu gün İsrail-Türkiyə münasibətlərindəki çatlar hər iki ölkənin xeyrinə deyil. Çünki bölgədə Türkiyə çox vacib bir ölkədir və İsrailin xarici işlər nazirinin Türkiyə ilə bağlı sonuncu açıqlaması əlbəttə ki, əsla qəbul edilən deyil. Eyni zamanda, İsraillə Türkiyə arasında münasibətlərdə diplomatik dil daha ağır olmalıdır və o, kəskin ifrat ritorikadan əl çəkilməlidir. Əks halda iki ölkə arasındakı münasibətlər gərgin olaraq qalmaqda davam edəcək”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova