Kriminal

DİN Qazaxda əməliyyat keçirdi:Saxlanılan var — FOTO

DİN Qazaxda əməliyyat keçirdi:Saxlanılan var — FOTO

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən, Elviz Salmanov saxlanılıb.

Demokrat.azxəbər verir ki,bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Elviz Salmanovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilmiş, ümumi çəkisi 6 kq 800 qram olan narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Bundan başqa E. Salmanovun yaşadığı evdən qurudulmuş marixuana, həşiş də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİN Qazaxda əməliyyat keçirdi:Saxlanılan var — FOTO

NE
Nihadə Eyyubova