İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 39 min 363-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada yaralananların sayının 90 min 923-ə yüksəldiyini bildirilib.
Qeyd olunub ki, son 24 saatda 3 hücum nəticəsində 39 mülki vətəndaş həyatını itirib, 93 mülki vətəndaş isə yaralanıb.
Əfsanə Rəcəb Demokrat.az


