Gündəm Özəl

Banklardakı əmanətlər niyə qaytarılmır? — AÇIQLAMA

Banklardakı əmanətlər niyə qaytarılmır? — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Naxçıvanbank"ın lisenziyası ləğv edilib. Qurum “E-Kredit" MMC adı altında bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini elan edib. Ötən illərdə də ölkədə bir neçə bank ləğv edildi. 2023-cü ildə "Günay Bank"və “Muğan Bank”, 2020-ci ildə isə "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank" fəaliyyətini dayandırdı. Bağlanan banklardakı əmanətlər sahiblərinə necə qaytarılır?

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm HəsənovDemokrat.az-a açıqlamasında prosesi izah edib:

“Şəxsin bağlanan bankda 100 min manata qədər olan pulu valyuta fərqi olmadan sığortalıdır. Sadəcə faiz fərqi var, əgər milli valyutadadırsa və faiz dərəcəsi 12 faizi ötmürsə, xarici valyutada isə 2,5 faizi ötmürsə. Fərdi sahibkarların 20 minə qədər olan vəsaiti də sığortalıdır.

Banklardakı əmanətlər niyə qaytarılmır? — AÇIQLAMA

Bank ləğv olunandan sonra bir ay ərzində Əmanətlərin Sığortalanması Fondu həmin pulu qaytarmalıdır. Sığortası olmayan əmanətlər də var. Bunlara vətəndaşın pulunun 100 mindən artıq olan hissəsi, faiz dərəcəsi yüksək olan əmanətlər, fərdi sahibkarın əmanətinin 20 mindən artıq olan hissəsi, sığortası olmayan şirkətlərin əmanətləri aiddir. Ləğv prosesi ilə Əmanətlərin Sığortalanması Fondu məşğul olur. Fond bankın əmlakını satır və verdiyi kreditləri qaytarır, əldə olunan vəsaiti də bankda əmanətləri olanlar arasında münasib qaydada bölüşdürməlidir. Reallıq da isə Fond bölgünü qeyri-şəffaf aparır və həmin şəxslərə heç nə çatmır. Fondun bu sahədə fəaliyyəti tam səmərəsizdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova