Hadisə

Biləsuvarda FHN əməkdaşı hündürlükdən yıxılıb öldü

Biləsuvarda FHN əməkdaşı hündürlükdən yıxılıb öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki,hadisə Səmədabad kəndində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova