Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.
Demokrat.az"Report"a istinadla xəbər verir ki, Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub.
Sel suları çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb.
Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.


