Gündəm Özəl

“Harris ilə Trampın mübarizəsi də çox gərgin keçəcək” — Politoloq

“Harris ilə Trampın mübarizəsi də çox gərgin keçəcək” — Politoloq

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkildiyini və səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Onun partiyasından ölkənin vitse-prezidenti Kamala Harris prezident seçkilərində Trampa rəqib olacaq. Tramp isə Harrisə çox asanlıqla qalib gələcəyini söyləyib. Bəs, Baydenin geri çəkilməsi ABŞ-də prezident seçkinələrinə necə təsir edəcək?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Kamala Harris ilə Trampın mübarizəsi də çox gərgin keçəcək:

“Harris ilə Trampın mübarizəsi də çox gərgin keçəcək” — Politoloq

“ABŞ-də keçirilən prezident seçkiləri öz ətrafında çoxlu diqqət toplayır. Demokratlar ilə respublikaçılar arasında mübarizə gərgin mərhələyə daxil olmaqdadır. Mənə elə gəlir ki, hazırki ABŞ prezidenti Cozef Bayden və keçmiş prezident Donald Tramp arasında keçirilmiş debatdan sonra hər şey ekspertlər və müşahidəçilər üçün aydın oldu. Burada Trampın bir qədər üstünlüyü nəzərə çarpırdı. Trampa qarşı edilən sui-qəsd hadisəsi və ondan sonrakı dövrdə baş verən proseslər Cozef Baydenin öz namizədliyini geri çəkməyə məcbur olması ilə nəticələndi.

Cozef Bayden də öz müraciətində bir çox məsələlərə toxunaraq onun dövründə Amerikanın sosial, iqtisadi, hərbi, siyasi, təhlükəsizlik, demokratiya nöqtəyi nəzərdən irəli getdiyi bildirilib. Amma Tramp tamamilə əks bir mövqeni bölüşür. Eyni zamanda, Kamala Harris ilə Trampın mübarizəsi də çox gərgin keçəcəyi indidən ehtimal olunur. Tramp böyük əminlikə söyləyir ki, Harrisi məğlub etmək asan olacaq. Lakin bu heç də asan olmayacaq.

Çünki hər zaman demokratlarla respublikaçılar arasında mübarizə çox gərgin olur. Bütün dünya bu və ya digər səbəblərdən ABŞ-da keçirilən seçkiləri izləyir. Bu, bizim regionumuza da aiddir. Eyni zamanda, bu seçkilərin nəticəsində həm də gələcək geosiyasi proseslərə, müharibələrə, miqrasiya probleminə, iqlim dəyişikliklərinə, təhlükəsizlik çağırışlarına bir cavab vermək üçün ABŞ prezidenti fəaliyyətə keçməlidir. Ümid edirəm ki, bu gərginliyin artırılması yox, təhlükəsizlik mühitinin gücləndirilməsinə yönəlmiş prezident fəaliyyəti olacaqdır”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova