Azərbaycanda medianın inkişafına kifayət qədər diqqət göstərilir. Mediamız dövlətin dəstəyi sayəsində bu gün inkişaf edir və müstəqil fəaliyyət göstərir.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
O qeyd edib ki, medianın fəaliyyətinin qanunvericiliklə tənzimləniməsi müsbət haldır:
"Media sahəsinə qrantlar ayrılır, dəstəklənməsi istiqamətində addımlar atılır, çap mediasına diqqət artırılır. Media azadlığını qorumaq üçün qanunvericiliklə müəyyən edilmiş işlər görülür. Azərbaycanda Media haqqında Qanun qəbul edilib. Kifayət qədər təkmilləşdirilmiş qanundur. Bu məsələnin müzakirəsi də sərbəst mühitdə aparılıb. Media azadlığı ilə bağlı məsələlərin qanunla tənzimlənməsi də medianın inkişafı üçün olduqca faydalıdır. Ümid edirəm ki, mediamız mövcud şərtlərdən istifadə edib daha da inkişaf edəcək və ölkədə azad medianın dayaqları daha da möhkəmlənəcək".
Törə Zeynallı Demokrat.az


