Şou-biznes

İlkin bu yoldan şikayətçidir — VİDEO

İlkin bu yoldan şikayətçidir — VİDEO

Aparıcı İlkin Həsəni paylaşımı ilə diqqət çəkib.

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, o, 8 Noyabr prospektində qazılan yoldan şikayət edib:

"Gördüyünüz bu yol 8 Noyabr prospektidir, Ağ şəhərə qalxır. 10 gündən çoxdur bu yol qazılıb, böyük tıxacalara səbəb olur. Heç kimin ağlına gəlmir ki, bura asfalt çəkək, sürücülər əziyyət çəkməsin. Hazırda yaşılda keçdim və ilişib qaldım. Qarşımda tıxac var idi. Avtomobillər sürətini istər-istəməz azaldır, ilişib qalır. Bu, hələ maşınların az olan vaxtıdır. Ən azından bir neçə saniyəmizi burada itiririk".

NE
Nihadə Eyyubova