Şou-biznes

"Buna görə də qadınlarla dostluq etmirəm"

Buna görə də qadınlarla dostluq etmirəm

"Rəfiqələrim var, amma ürəyimə yaxın olan insanların çoxu kişilərdir. Həmişə mənə yaxın, arxa-dayaq olublar".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Elgizlə izlə" verilişində deyib. Aktrisa qadınlarla dostluq etməməsindən danışıb. O bildirib ki, dostlarının əksəriyyəti kişilərdir.

N.Orucova aparıcı Elgiz Əkbərin "Deyirlər, siz qadınlarla dostluq etmirsiniz" sualına"Qadınlar arasında qısqanclıq olur. Ən böyük zərbə qadınlardan gəlir" cavabını verib.

NE
Nihadə Eyyubova