Yerli onlayn media subyektləri arasında “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda keçirilən müsabiqənin nəticələri elan olunub.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən müsabiqənin qalibləri arasında Demokrat.az saytı da var.
Xatırladaq ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd yerli onlayn media subyektlərinin fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqinin təşviqi, veb-sayt və sosial media səhifələri üzərindən aparılan kampaniyaların, müvafiq istiqamətdə həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin medianın göstərilən istiqamətlərdə aktivliyinin artırılması olub. Müsabiqədə müəyyən edilmiş istiqamətlər üzrə yüksək nəticə göstərən onlayn media subyektlərinin Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü ərəfəsində “Green certificate” ilə təltif edilməsi nəzərdə tutulub.
Törə Zeynallı Demokrat.az


