Gündəm Özəl

Tanınmış politoloq deputatlığa namizəd oldu

Tanınmış politoloq deputatlığa namizəd oldu

Xəbər verdiyimiz kimi, sentyabrın 1-i Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar artıq siyasi partiyalar, müstəqil namizədlər hazırlıq işləri görürlər.

Öz namizədliyini irəli sürənlərdən biri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylidir.

Demokrat.az-a açıqlamasında tanınmış politoloq bildirib ki, Cənab Prezident İlham Əliyevin gənclərə yaratdığı şəraitdən istifadə edərək namizədliyimi irəli sürməyə qərar verdim:

“Namizədliyimi 104 saylı Gədəbəy seçki dairəsindən irəli sürmüşəm. Cənab Prezident gənclərə həmişə şərait yaradıb. Onun çağırışlarında siyasi vizyon adı atında müəyyən olunan yeni baxışlar var. Biz də o baxışın sədaqətli tərəfdarıyıq. Bu seçkilər "Böyük missiya" seçkiləridir. Bu missiyanın bir parçası olaraq, xalqımızın rifahı üçün çalışmaq istəyirəm”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova