"Qarabağ"ın futbolçusu Mahir Emreli"Düdelanj"la matçdabaş vermiş erməni təxribatına münasibətini bildirib.
Demokrat.az xəbər verir ki, Ağdam klubunun hücumçusu özünün "Instagram" hesabında hadisə ilə bağlı paylaşım edib. O, görüşdən çəkilmiş fotosuna "Mövzu Vətəndirsə, gerisi təfərrüatdır. "Qarabağ" - Azərbaycandır" yazıb.
Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Düdelanj" üzərində4:1 hesabı inamlı qələbə qazanmışdı.


