Sosial

Şimşək çaxıb, leysan yağıb — FAKTİKİ HAVA

Şimşək çaxıb, leysan yağıb — FAKTİKİ HAVA

Azərbaycanda iyulun 17-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin iyulun 16-sı günün ikinci yarısında bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 11 mm, Qrız, Xınalıqda 5 mm, Şəki, Xaltan, Şabran, Qusar, Altıağac, Daşkəsən, Göygöl, Oğuz, İsmayıllı, Yevlax, Göyçayda 3 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

D
demokrat.az