Hadisə

Faciəvi şəkildə ölən 17 yaşlı Səidin FOTOSU

Faciəvi şəkildə ölən 17 yaşlı Səidin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında 17 yaşlı Səid Səbuhi oğlu Məmmədəliyev Kür çayında batıb.

Demokrat.az-ın məlumatına görə, Kürdə batan yeniyetmənin fotosu yayılıb.

Yeniyetmənin babası İbrahimxəlil Cəfərov bildirib ki, Səid evdən çıxarkən çayxanaya gedəcəyini bildirib.

"Bizə dedi ki, 10-15 dəqiqə çay içib gələcəyəm. Az sonra atası zəng etdi ki, nəvən Kürdə boğulub", - o, "Baku TV" yə açıqlamasında deyib.

Yaxınlarının sözlərinə görə, Səid Kürə nadir hallarda gedərmiş.

Faciəvi şəkildə ölən 17 yaşlı Səidin FOTOSU

D
demokrat.az