Gündəm Özəl

“Ölkədə iri və xırda buynuzlu heyvanların sayında azalma var” — Ekspert

“Ölkədə iri və xırda buynuzlu heyvanların sayında azalma var” — Ekspert

Dövlət Statistika Komitəsi ətin qiymətində artım müşahidə olunması ilə bağlı məlumat verib. Bildirilib ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ət bahalaşıb.

Bəs, ətin bahalaşması nə ilə əlaqədardır?

Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, ətin qiymətinin qalxmasına səbəb ölkədə iri və xırda buynuzlu heyvanların sayında azalma baş verməsidir.

İqtisadçı ekspert qeyd edib ki, hazırda mal və qoyun əti idxalında artım baş verib:

“Hazırda ölkədə ətin qiymətinin qalxmasına bir neçə faktor təsir göstərir. Bunlardan biri son bir ildə ölkədə iri və xırda buynuzlu heyvanların sayında azalma baş verib. Bu da sözsüz ki, yerli istehsalın azalmasına təsir göstərir. Bunun da səbəbi əsasən yemin baha olması, örüş yerlərinin az olması və s.

Qurban bayramı ilə əlaqədar dini adətlərə görə, ölkəmizdə kütləvi şəkildə ətə tələbat oldu, heyvanlar kəsildi. Hazırda yenə ölkəmizdə dini aylar davam edir, ehsanlar verilir. Düzdür, toylar yoxdur. Amma hesab edirəm ki, bu artım sırf onunla bağlıdır. Biz əgər idxala baxsaq, mal və qoyun əti idxalında da artım baş verib. Sözsüz ki, istirahət mövsümu olduğu üçün insanlar daha çox regionlarda istirahət edirlər. Bu da ümumi olaraq ətə tələbatı artırıb”.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova