Amerikalı milyarder İlon Mask keçmiş Prezident Donald Trampın prezidentlik kampaniyasını dəstəkləyən yeni komitəyə ayda təxminən 45 milyon dollar verməyi planlaşdırır.
Demokrat.az xəbər verir ki, bu barədə "Pravda" məlumat yayıb.
Mask Palantir Technologies, əkiz qardaşlar Tayler və Kameron Vinklevos, ABŞ-ın Kanadadakı keçmiş səfiri Kelly Kraft və Alliance Resource Partners-ə rəhbərlik edən "America PAC" adlı siyasi fəaliyyət komitəsinə ianə verəcək.
Onun məqsədi ilk növbədə Tramp seçicilərini qeydiyyatdan keçməyə həvəsləndirməkdir.
Şahanə Demokrat.az


