Gündəm Özəl

“Ateistlər də qan verə bilər” — İlahiyyatçı

“Ateistlər də qan verə bilər” — İlahiyyatçı

Bu gün Naxçıvan Muxtar Respublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi 35 (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) ünvanda könüllü qanvermə aksiyaları keçirilir. Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü baş tutan aksiyaların məqsədi qana ehtiyacı olan xəstələrə yardım etməkdir.

Qan verməyin önəmindən danışan ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, Aşura mərasimləri fərqli məzhəblərdə fərqli formada keçirilir:

“Ateistlər də qan verə bilər” — İlahiyyatçı
“Bəzi məzhəblərdə insanlar sinə vurur, başlarını yarır, bunu İmam Hüseynə hörmət mənasında etdiklərini düşünürlər. Tamamilə yanlış əməldir. Bu hərəkətlərin nə dini, nə bəşəri, nə də hüquqi əsası var. Allah Qurani-Kərimdə heç kimə bunu əmr etməyib. Bunlar İslam dininə zidd əməllərdir. Bunun qarşısını almaq üçü Qan Bankı yaradılıb, insanlar özlərinə xəsarət yetirmək əvəzinə qan verməklə xəstə insanlara yardım edə bilərlər. Bu, savab əməl sayılır, təbii ki, şəxsin səhhəti qan verməyə yol verirsə. İnsan hər bir əməli Allahın razılığını qazanmaq üçün etməlidir və Allahın buyurduğu şəkildə yerinə yetirməlidir. Allah bəndəsinə görə, Peyğəmbərin nəvəsinə görə sinə vurmaq, özünə, uşağına xəsarət yetirmək, bu yolla qan çıxarmaq dinimizdə yolverilməzdir. Qeyri-müsəlmanlar da qan verə bilər, ateistlər, deistlər də. Tək Aşura günündə deyil, istənilən vaxt qan vermək olar, bununla xəstələrə kömək etmiş, savab iş görmüş olarlar. Qan vermək şəriətdə mütləq əməl kimi göstərilmir, səhhəti icazə verən insanın qan verməsi yaxşı əməl kimi qiymətləndirilir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova