Sosial Özəl

Boşanmaların sayını azalatmaq üçün... — AÇIQLAMA

Boşanmaların sayını azalatmaq üçün... — AÇIQLAMA

Biz baxırıq ki, ağsaqqal, ağbirçək institutları artıq fiaskoya uğrayır. Yəni əvvəllər gənc ailələr, ata, ana ilə yaşayırdılar.

Demokrat.az xəbər verir ki, bu sözləri sosioloq Üzeyir Şəfiyev deyib.

Sosioloq deyir ki, gənclər artıq sərbəst yaşamaq istəyirlər:

“Çünki 3-4 ildən sonra ailənin böhranlı anlarına dözə bilmirlər və çıxış yolunu ayırmaqda görürlər. Düzgün deyil. Mən apardığım sosioloji müşahidələr onu deməyə əsas verir ki, boşanmaların böyük bir qismi çox xırda, mənasız, səthi bir münaqişələrəsasında baş verir. Halbuki həmin ailələrəsosial, psixoloji müdaxilə olarsa, çox rahatlıqla boşanmanın qarşısını almaq mümkündür. Ona görə çox yaxşı olar ki, münaqişəli ailələr müvafiq strukturlar tərəfindən qeydiyyata alınsın və onlarla sosial, psixoloji iş aparılsın.

Əgər belə olarsa, boşanmaların qarşısını almaq mümkündür və güman edirəm ki, gənc ailələrdə, şübhəsiz ki, dövlət tərəfindən sosial dəstək layihələri davamlı olmalıdır.

Güman edirəm ki, bu məsələlər kompleks şəkildə həll olunsa, daha yaxşı olar.”

Şahanə Demokrat.az

NE
Nihadə Eyyubova