Sosial Özəl

Bu virusla bağlı həkimdən XƏBƏRDARLIQ

Bu virusla bağlı həkimdən XƏBƏRDARLIQ

Biz artıq bir şeyi anlamalıyıq ki, virus fəallaşır. Mütəmadi olaraq qrip virusu hər il yeni ştamda peyda olur. Koronavirus pandemiyası sona çatsa da, "Omikron"un mutasiya ştamları davam edir. Həttaindiyə qədər də Azərbaycanda koronovirusa yoluxanlar var. Bundan başqa viruslar da var ki, müxtəlif ölkələrdə, regionlarda peyda olur və onların Azərbaycana gəlib çatma imkanı indiki qloballaşan dünyada realdır.

Bu sözləri Demokrat.az-a açıqlamasında həkim, professor Adil Qeybulla deyib. O bildirib ki, yeni yayılan "Rotovirus" daha çox diareya, yəni ishal və ürəkbulanma törədən viruslardır:

“Bunlar adətən uşaqlarda daha çox olur və beş yaşına qədər uşaqların böyük əksəriyyəti bundan əziyyət çəkir. Bu virus isə onların orqanizmində imunitet yaradır. Virusun ömrü 10 gün davam edir. Əlbəttə bu müddət ərzində çalışmaq lazımdır ki, düzgün yanaşma olsun. Əgər, düzgün yanaşma olmasa, problemlər yaşana bilər. Bu zamansa, daha çox su- duz mübadiləsi pozulduğuna görə, onun bərpasına diqqət etmək lazımdır”.

Professorun sözlərinə görə, xüsusilə də uşaqlar, hamilə qadınlar buna daha çox diqqət etməlidir, çoxlu maye qəbul etməlidir:

“Bu halda olduqda daha çox “Rehidron” adlı dərman var, bunu həll edib, bir litr suda qaşıq-qaşıq qəbul etmək lazımdır ki, bədəndən qusma və diareya nəticəsində xaric olmuş, itirilmiş elektrohidlər və su müəyyən qədər bərpa ola bilsin. Əks halda qıc olmalar və ciddi pozuntular yarana bilər. Digər tərəfdən bəzi adamlar bu xəstəliklə bağlı qızdırma halları ilə rastlaşdığı üçün antibiotiklərdən istifadə edirlər.

Bu antibiotiklər isə daha ağır fəsadlara gətirib çıxarır. Diareyanın davam etməsi, yoğun bağırsağın zədələnməsi və s. kimi hallarla nəticələnir. Ona görə də, bu virusa yoluxduqda antibiotikdən istifadə edilməsi qətiyyən məqsədəuyğun deyil. Yaxşı olar ki, belə hallarda həkimə müraciət etsinlər”.

Şahanə Demokrat.az

NE
Nihadə Eyyubova