Region

"ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, öz daxili təhlükəsizliyinə vəsait yatırmalıdır"

ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, öz daxili təhlükəsizliyinə vəsait yatırmalıdır

"ABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib."

Demokrat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.

"Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir.ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır."

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanıatəş açılıb, siyasətçi xəsarət alıb.

NE
Nihadə Eyyubova