Siyasət

“Qarabağ”a qarşı təxribatı onlar törədib - FOTO / VİDEO

“Qarabağ”a qarşı təxribatı onlar törədib - FOTO / VİDEO

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda təxribat törədən şəxslər müəyyənləşib.

Təxribatı Ermənistanın “First Armenian Front” fan klubu törədib.

Həmin azarkeşlər Belçikadan Lüksemburq paytaxtına gələrək bunu ediblər. Məqsədləri də oyunun yarımçıq dayandırılmasına nail olmaq imiş.

Fan-klub bununla bağlı sosial şəbəkələrdə paylaşım da edib.

Xatırladaq ki, “Düdelanj” – “Qarabağ” matçının 31-ci dəqiqəsində Ağdam təmsilçisi 2:0 öndə olarkən stadionun üzərində dronla Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin “bayrağ”ı uçurulub. Buna görə görüşdə fasilə yaranıb.

Bərpa olunan matç isə “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.(Qafqazinfo)

D
demokrat.az