Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov ötən gün Lüksemburqda "Qarabağ" ilə "Düdelanj" klubları arasında keçirilən oyunda ermənilərin törətdiyi təxribatdan danışıb.
F.Umudov Demokrat.az-a açıqlamasında bildirib ki, bu ermənilərin növbəti məkrli əməllərinin sübutudur:
"Ermənilər ölkəmizə qarşı növbəti təxribata əl atıblar. Bu dəfə də uğurumuzu həzm edə bilmədilər. Lüksenburqda Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən "Düdelanj"- “Qarabağ” oyunun 30-cu dəqiqəsində (Komandamızın 2-ci qolundan sonra) stadionun üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış dron uçurdublar. Bu da haqlı olaraq futbolçularımızın narazılığına səbəb oldu. Təbii ki bu cür hərəkətlər ilk deyil. Ölkəmiz inkişaf etdikcə mənfur düşmənlər təxribata əl atmağa davam edəcəklər. Sürətlə inkişaf edən Azərbaycanı həzm edə bilməyənlər ağıllarınca bu cür təxribatlar törədərək nəyəsə nail olmaq istəyirlər. Əlbəttə ki, uduzan onlar olacaq".
Federasiyasın I vitse-prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin ötən gün Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı da erməniləri məğlub vəziyyətə salıb:
"Cənab Prezident İlham Əliyev Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çox gözəl vurğuladı: “ Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi”. Uğurlar “Qarabağ”!".
Zaur Hacılı Demokrat.az


