Dünya Özəl

Tanınmış aktyor günvurmadan öldü

Tanınmış aktyor günvurmadan öldü

"Alf" serialında Tannerlərin oğlu Brayan obrazı ilə məşhurlaşan aktyor Benci Qreqori ABŞ-da dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, Qriqorinin 46 yaşı var idi.

Məlumata görə, aktyorun cəsədi iyunun 13-də Peoriyada (Arizona) dayanacaqda saxlanılan avtomobilində tapılıb.

Avtomobildə mərhum və iti də ölü tapılıb.

Yaxınları deyir ki, Benci ayın 12-də banka gedib və geri qayıtmayıb.

İlkin məlumata görə, aktyor avtomobildə yuxuya gedib və güclü günvurmadan dünyasını dəyişib.

Şahanə Xankişiyeva Demokrat.az

D
demokrat.az