Daxili siyasət

Zabratda marketdən oğurluq olub

Zabratda marketdən oğurluq olub

İyulun 9-da gecə saat 1 radələrində Zabrat qəsəbəsində yerləşən qorunan marketlərin birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Demokrat.az xəbər verir ki, dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

1994-cü il təvəllüdlü N.Teymurlunun həmin marketdə işlədiyi müəyyən edilib.

O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil verilib.

NE
Nihadə Eyyubova