Gündəm Özəl

Tanınmış politoloq parlament seçkilərinə namizədliyini irəli sürdü

Tanınmış politoloq parlament seçkilərinə namizədliyini irəli sürdü

Xəbər verdiyimiz kimi, keçən şənbə günü Milli Cəbhə Partiyasının növbədənkənar parlament seçkiləriylə əlaqədar keçirdiyi Ümumrespublika iclasında 40-dan yuxarı şəxsin namizədliyi təsdiqlənib.

Demokrat.az xəbər verir ki, keçirilən iclasda Milli Cəbhə Partiyasınınsədr müavini, siyasi ekspertMəhəmməd Əsədullazadə 10 saylı Binəqədi seçki dairəsindən namizədliyini irəli sürüb.

Məhəmməd Əsədullazadə açıqlamasında, “Seçkilərin demokratik keçiriləcəyinə ümidliyik. İnanırıq ki, ölkədə siyasi proseslər Azərbaycan xalqının mənafeyinə uyğun olacaq. Seçkilər şəffaf və Azərbaycan xalqının irədəsinə uyğun həyata keçiriləcək” deyib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova