Aktyor və prodüser Elməddin Cəfərovun yeni serialı "Leyli və Məcnun"un yayım tarixi bəlli olub.
Bu barədə layihənin rəsmi İnstaqram hesabında məlumat verilib.
Bildirilir ki, ekran işi 6 oktyabrdan start götürəcək.
"Çoxdan gözlənilən gün gəlir. Növbəti 10 ildə üzünüzü güldürməyə planlaşdırdığımız "Leyli və Məcnun" efirdə olacaq", - serialın sosial media hesabında yazılıb.
Qeyd edək ki, ekran işində Elşən Hacıbabayev, Səhər Əkbər, Ənvər Abbasov, Ələkbər Əliyev, Gülcahan Salamova, Rəhimə Kudratova və başqaları rol alır. (Axşam.az)


