Xarici siyasət

Özbəkistan Prezidenti Azərbaycana yola düşüb

Özbəkistan Prezidenti Azərbaycana yola düşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə yola düşüb.

Demokrat.azbu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər çərçivəsində dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) iyulun 5-6-da Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, “Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda keçiriləcək sammitin gündəliyinə ticari-iqtisadi, nəqliyyat-kommunikasiya və investisiya-maliyyə sahələrində, həmçinin "yaşıl iqtisadiyyat”, bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və insan kapitalının inkişafı sahələrində regional əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri daxil edilib.

D
demokrat.az