Şou-biznes

Qızını Çinə, oğlunu isə Avropaya göndərir

Qızını Çinə, oğlunu isə Avropaya göndərir

Əməkdar artist Rəşad İlyasovun övladları təhsillə bağlı xaricə gedir.

Demokrat.az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. O, qızını bu gün Çinə yola salacağını bildirib:

"Qızım bu gün təhsillə bağlı Çin Yay məktəbinə gedir. Bakıda Xarici Dillər Universitetinin Çin dili fakültəsindəoxuyur. 4-cü kursu bitirsin,sonra baxaqgörək magistratura məsələsi necə olacaq.Ötən dəfə icazə vermədim. Bu dəfə getdim özüm də maraqlandım. Amma görürəm ki, bir az uşaqlarısərbəst buraxmaq lazımdır. Qızımdan da arxayınam. Qiymətləri də çox yaxşıdır.

Uşaqlarıma görə çox narahatam. Oğlum da Bakı Dövlət Universitetini bitirdi. O da təhsillə bağlı Avropaya gedir".

Qeyd edək ki, müğənniGülnarə İlyasova ilə ailəlidir. Cütlüyün 2 övladı var.

NE
Nihadə Eyyubova