Hadisə

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər — VİDEO

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər — VİDEO

Bakıda metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın olub.

Oxu.Azxəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat XidmətindənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Həmin görüntüləri təqdim edirik:

NE
Nihadə Eyyubova