Dünya Özəl

İki məşhur rejissor cinsi istismar ittihamı ilə saxlanıldı

İki məşhur rejissor cinsi istismar ittihamı ilə saxlanıldı

Fransız kinosunun məşhur rejissorları Benoit Jakquot və Jak Doillon cinsi təcavüz ittihamı ilə saxlanılıb.

Demokrat.az xəbər verir ki, fransız aktrisa Judith Godreche tərəfindən cinsi təcavüzdə ittiham olunan iki rejissor bu iddiaları rədd edib.

52 yaşlı aktrisa 14 yaşında olarkən rejissorlar tərəfindən zorakılığa məraz qaldığını bildirib.

İki məşhur rejissor cinsi istismar ittihamı ilə saxlanıldı

Qeyd edək ki, Godreche keçən fevral ayında Fransanın Oskarları olaraq bilinən Sezar Mükafatlarında etdiyi çıxışında Fransa kino sənayesindən cinsi zorakılıq və hücumlarla bağlı susqunluq andını pozmasını istəyib və azyaşlı ikən iki rejissor tərəfindən cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Hətta onları ifşa etmək karyeralarını riskə atmaq demək olsa belə, bu sənayedəki güclü kişilərə qarşı səslərini ucaltmağa çağırıb və onun çıxışı zalda alqışlarla qarşılanıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova