Şou-biznes Özəl

Tanzaniyada tətil edən məşhur aktrisa imicini dəyişdi — FOTO

Tanzaniyada tətil edən məşhur aktrisa imicini dəyişdi — FOTO

Uzun illərdir saçlarını sarı və qısa şəkildə gördüyümüz türkiyəli aktrisa Ceyda Düvenci getdiyi Tanzaniya tətilində imicini dəyişib.

Demokrat.az xəbər verir ki, saçlarına Afrika hörüyü etdirən aktrisa yeni imicini İnstaqram hesabında paylaşıb.

Aktrisa "Heç vaxt saçımı belə sınamamışam. Həmişə necə alınacağını fikirləşirdim. Qismət bu günə imiş. Sonrası, əvvəli... Çılğın bayramın son günləri" deyib.

Qeyd edək ki, həmkarı Bülent Şakrakla 8 illik evliliyinə son qoyan Ceyda Düvenci bir müddətdir radio proqramçısı Güçlü Mete ilə eşq yaşayır.

Tanzaniyada tətil edən məşhur aktrisa imicini dəyişdi — FOTO

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova