Gündəm Özəl

"Güzəşt oluna bilməz" — Nikah qaydaları dəyişdirilir?

Güzəşt oluna bilməz — Nikah qaydaları dəyişdirilir?

Milli Məclisin ötən həftə keçirilən iclasında deputat Fazil Mustafa nikah üçün tibbi müayinə ilə bağlı qaydaların dəyişdirilməsini təklif edib. O deyib ki, bəzən ailə qurandan iki ay sonra fərdlərdən birinin ağır xəstəliyə düçar olduğu bəlli olur. Bir ailənin sütunu başdan dağılmış vəziyyətə gəlib çıxır: "Söhbət boşanmadan, ayrılmadan getmir. İki nəsil arasında böyük problemlər yaşanmış olur. Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir",-deyə o qeyd edib. Fazil Mustafa əlavə edib ki, bu ilin 4 ayında nikah bağlayanların sayı 14 min, boşananların sayı isə 7 min olub: "Hesab edirəm ki, boşanmaların səbəbləri içərisində minimum 30 faizi tibbi müayinə ilə bağlı məsələnin ciddi şəkildə əməl olunmaması ilə bağlıdır".

Tanınmış həkim professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında söylənilənlərlə razı olduğunu bildirib:

Güzəşt oluna bilməz — Nikah qaydaları dəyişdirilir?

"Elə məsələlər var ki, orada güzəşt oluna bilməz. Nikahda kimisə aldatmaq sonradan ağır nəticələrə gətirib çıxara bilər. Hesab edirəm ki, nikah üçün vacib olan maneələr həm genişləndirilməlidir, həm də sərtləşdirilməlidir. Bəzi məsələlər var ki, genefonda, ailələrin taleyinə birbaşa təsir edir. Ona görə də qaydalara yenidən baxılmalıdır, heç bir halda formallığa yol verilə bilməz".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova