Sosial

“Maşın saxlamaq üçün 10 dəfə fırlanıram” deyən deputata BNA-dan cavab

“Maşın saxlamaq üçün 10 dəfə fırlanıram” deyən deputata BNA-dan cavab

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin plenar iclasında çıxış edən deputat Tahir Kərimli Bakıda parklanma yerlərinin olmadığını, amma gəlib hamını cərimələdiklərini bildirib.

Partiyasının qərargahı qarşısında maşın saxlamaq üçün 10 dəfə fırlandığını nildirən deputatın sözlərinə görə, həmin adamların məqsədi daha çox cərimə yazmaq və bundan faiz tutmaqdır.

Bakı Nəqliyyat Agentliyi deputatın çıxışına münasibət bildirib. Qurumun mətbuat katibi Mais Ağayev açıqlama yayaraq, deputatın statusundan asılı olmayaraq tələbə əməl etməli olduğunu qeyd edib:

"Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Millət vəkili Tahir Kərimli çox gözəl bilir ki, inzibati tənbeh vermə haqqında qərar Mərkəzi İnformasiya Sisteminin məlumatları əsasında tərtib edilir. Vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin müvafiq qaydada rəsmiləşdirməni icra etməlidir ki, belə hallar yaşanmasın. Məsələnin BNA-nın səhvi kimi Parlamentin plenar iclasında səsləndirilməsi təəccüb doğrur.

Millət vəkilinin sədri olduğu partiyanın qərargahı qarşısında nəqliyyat vasitəsini saxlaya bilməməsinə gəlincə bildirim ki, ərazidə dayanma və durmanı qadağan edən nişan varsa statusundan asılı olmayaraq hamı bu tələbə əməl etməlidir. Digər bir yandan partiya qərargahından piyada 10 dəqiqəlikməsafədə Qış parkı avtomobil dayanacağı yerləşir.

Düşünürəm ki, Tahir müəllim nəqliyyat vasitəsini dayanacaqda park edib partiya qərargahına piyada getməklə digər vətəndaşlara da çox gözəl nümunə ola bilərdi.

Cərimələrdən faiz tutulmasına da aydınlıq gətirərək bildirim ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə görə ödənilən vəsaitlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. BNA əməkdaşlarının əmək haqları cərimələrdən formalaşmır"

Demokrat.az

D
demokrat.az