Hadisə

“Gəncə məhbusu”nun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

“Gəncə məhbusu”nun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti “Gəncə hadisələri”nə görə həbs edilən Eşqin Quliyevin ölümü ilə bağlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, PX-nın mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Quliyev Eşqin Zahid oğlu Müalicə Müəssisəsinə qəbul edilərkən onda bir sıra xəstəliklər müəyyən edilib: “Bir müddətdir ki, bu xəstəliklərdən müalicə alırdı. Sentyabrın 29-da isə uzun müddətli intensiv müalicələrə baxmayaraq vəfat edib. Onun ölüm səbəbi kimi İİV infeksiyası 4-cü klinik mərhələ, viruslu Heptatit C, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqozu qoyulub”.

Qeyd edək ki, E.Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

D
demokrat.az